Serj Sakisyan Əhmədinejatın sözün yerə saldı

Serj Sakisyan Əhmədinejatın sözün yerə saldı

Ermənistan prezidenti Serj Sarkisyan İranın paytaxtı Tehranda təşkil olunacaq terrorçuluqla mübarizə mövzusunda beynəlxalq konfransda iştirak etməyəcək. SİA-nın xəbərinə görə, buna səbəb Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair keçiriləcək üçtərəfli danışıqlarda iştirak etmək üçün Kazana getməsidir.

Ermənistanı konfransda Təhlükəsizlik Şurasının sədri Artur Baqdasaryan təmsil edəcək.

Qeyd edək ki, artıq Ermənistan prezidentinin mətbuat xidməti Serj Sarkisyanın cari iyunun 24-də Rusiyanın Kazan şəhərinə yola düşəcəyi ilə bağlı məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə