Rusiya prezidentinin rəsmi saytında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iyunun 24-də Kazanda keçirəcək görüşləri barəsində rəsmi məlumat yerləşdirilib. Açıqlamada deyilir ki, görüş Rusiya prezidentinin mükafatı uğrunda keçiriləcək at yarışı çərçivəsində təşkil olunacaq: "Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Dmitri Medvedevin dəvəti ilə Rusiya prezidentinin mükafatı uğrunda keçiriləcək ənənəvi at yarışına qatılmaq üçün Kazana gələcəklər. Növbəti üçtərəfli görüş çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərinin müzakirəsi planlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB