Avropada insan hüquqlarının müdaifəsi məsələləri AŞ-nin tədbirində müzakirə olunub
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bir sıra komitələrinin iclasları keçirilib. Həmin iclaslarda Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvləri də iştirak edib. Qadınlar və kişilər üçün bərabər imkanlar Komitəsinin iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova SİA-ya açıqlamasında bildirib ki, iclasda gender bərarəbərliyinin təmin olunması ilə bağlı bir sıra mühüm məsələlər müzakirə olunub: "Komitənin iclasının gündəliyi kifayət qədər məhsuldar idi. İclasda "Assambleyanın fəaliyyətində gender bərabərliyi", "Qadın zorakılığının qarşısının alınması və daxili zorakılığa qarşı mübarizə üzrə görülməli olan tədbirlər", "21-ci əsrdə Avropada birgə yaşamaq – görkəmli şəxslərin fəaliyyətləri haqqında hesabat və komissiyaya təqdim olunan siyasi məsələlərə dair hesabat" "Qadın hüquqlarına qarşı qlobal negativ münasibətlə mübarizə", "Mərakeş parlamentinin demokratik status üçün PA ilə birgə əməkdaşlığa dair sorğusu" və digər məsələlər müzakirə olunub. Bundan başqa, bir sıra digər məsələlər, o cümlədən, Assambleyanın fəaliyyətində müasir dövrün çağırışlarına uyğun islahatların aparılması və qurumun işinin daha da təkmilləşdirilməsi yönündə diskussiyalar aparılıb", - deyə Sahibə Qafarova bildirib.
Komitə iclasından sonra isə Norveçin paytaxtı Osloda Avropa Şurasının daha bir tədbirinin keçirildiyini qeyd edən millət vəkili bildirib ki, burada isə insan hüquqları ilə bağlı geniş müzakirələr və seminarlar baş tutub. Avropa Demokratik Qrupunun üzvlərinin, bir sıra ölkələrin parlament təmsilçilərinin və Avropa Şurasının komitə sədrlərinin iştirak etdiyi seminarlarda insan hüquqları üzrə beynəlxalq sənədlər, konvensiyalar geniş müzakirə olunub. Həmçinin, insan hüquqlarının qorunmasına dair Norveç təcrübəsi haqqında da məlumatlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB