İsveç Krallığının Sosial Sığorta Agentliyinin nümayəndə heyəti Fəxri Xiyabanda olublar
Bu gün İsveç Krallığının Sosial Sığorta Agentliyinin baş direktoru Adriana Lenderin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. SİA-nın məlumatına görə, nümayəndə heyətinin tərkibində Sosial Sığorta Agentliyinin icraçı direktoru Per Akensson, qurumun baş məsləhətçisi Bodhi Peris də daxildir. Səfər çərçivəsində nümayəndə heyəti bu gün Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin qəbirüstü abidəsini ziyarət edib, önünə əklil qoyub. Onlar həmçinin akademik, görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB