Nazir Elmar Məmmədyarov Miroslav Layçakı qəbul edib

Nazir Elmar Məmmədyarov Miroslav Layçakı qəbul edib

7 iyun 2011-ci il tarixində xarici işlər naziri Elmar Məmmədyarov Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın intensivləşdiyini qeyd edən tərəflər bu xüsusda "Şərq tərəfdaşlığı proqramı"nın əhəmiyyətini vurğulayıblar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamış qaldığını deyən nazir E.Məmmədyarov münaqişənin həllinə dair aparılan danışıq prosesi barədə məlumat vermiş, Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası və doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtmasının regionda sülh və sabitliyin təmin olunması üçün başlıca şərt olduğunu qeyd edib.

Öz növbəsində M.Layçak Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə ümidvar olduğunu söyləyib.


Həmçinin görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com