ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Bakıda danışıqlar aparacaqlar
Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Bakıda Azərbaycan rəsmiləri ilə görüşəcəklər. SİA-nın məlumatına görə, rusiyalı həmsədr İqor Popov artıq Bakıdadır. Digər həmsədrlər – Robert Bradtke (ABŞ) və Bernar Fasie (Fransa) də ona qoşulduqdan sonra vasitəçilər Bakıda danışılar aparacaqlar. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli eyni zamanda Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirləri və prezidentlərinin görüşünə hazırlıq məsələləri müzakirə olunacaq.
Həmsədrlər Bakıdan İrəvana yollanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB