Bəzi rayonlarda şimşək çaxacaq

Bəzi rayonlarda şimşək çaxacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18 dərəcə isti, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, səhər saatlarında duman olacağı, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal rayonlarında lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-12 dərəcə isti, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə