Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-17 dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında bu gün əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 8-12 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə isə yaxın 3 gün ərzində Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, bu gün güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB