Hikmət Hacıyev görüş keçirib

Hikmət Hacıyev görüş keçirib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbərinin köməkçisi Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Görüşdə Azərbaycan və Türkiyə arasında media, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlıq, dezinformasiyaya qarşı mübarizə, eləcə də Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasında strateji kommunikasiyanın rolu müzakirə edilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə