Almaniya yenidən nasistlərin nəzarətinə keçir - TƏHLİL

Almaniya yenidən nasistlərin nəzarətinə keçir - TƏHLİL

Dünyanın əksər bölgələrində hökm sürən müharibələr, münaqişələr, qarşıdurmalar fonunda diqqətçəkən məqam ondan ibarətdir ki, nüvə silahına malik dövlətlər qorxulu və dünya üçün təhlükə mənbəyindən istifadə edəcəkmi? Bəli, Rusiya Avropanı və ABŞ-ni atom bombası ilə təhdid edir. Dəfələrlə Rusiya rəsmiləri, o cümlədən Putin və Medvedev nüvə silahı ilə dünyanın sonunu gətirə biləcəkləri ilə bağlı açıqlama ilə çıxış ediblər. Hətta V. Putin "Rusiyasız dünya bizim nəyimizə lazımdır" deməklə hər an nüvə silahına əl ata biləcəklərinə işarə vurub. Bu hədənin sadəcə bir hay-küy olmadığı şübhəsizdir. Çünki Rusiya, Almaniya, Fransa dünya tarixində baş verən dağıdıcı müharibələrin əsas iştirakçıları olublar. Nəzərə almaq lazımdır ki, hazırda bu üç qəsbkar və zalım dövlət Rusiya-Ukrayna müharibəsində üz-üzə gəliblər. Hər 3 dövlətin başçıları bir-birini sıradan çıxartmaq üçün sərt formada çıxışlar edirlər. Vəziyyətin gərginliyi fonunda Almaniyanın Leypsiq-Halle hava limanında partlayıcı maddə ilə təchiz edilmiş dron aşkarlanıb. Mertz hökuməti Almaniya hava limanına hücumda Rusiya kəşfiyyatını günahlandırıb. Sözdən əmələ keçən Almaniya Rusiyanın diplomatik və mədəni qurumlarını bağlamaq qərarını verib. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Leypsiq aeroportuna PUA hücumu ilə bağlı Qərbin Moskvaya qarşı ittihamlarını "əsl müharibənin başlanğıcı" adlandırıb. Rusiya xarici siyasət idarəsinin rəhbəri S. Lavrov Almaniyanın diplomatik nümayəndəliklərini bağlamasını İkinci Dünya müharibəsindən əvvəlki hadisələrlə müqayisə edib.

Lavrov Berlinin "yenidən müharibə istədiyini" və tarixdən dərs çıxarmadığını iddia edərək, Rusiya rəhbərliyinin buna uyğun nəticələr çıxaracağını vurğulayıb:"Leypsiq, aeroport... Hansısa PUA tapıblar. Heç bir araşdırma aparılmadan bunun Rusiya dronu olduğunu bildirdilər. Bu, əslində, böyük mənada əsl müharibənin başlanğıcıdır".

Rusiya XİN rəhbəri həmçinin əlavə edib ki, bəzi müasir siyasi xadimlər tezliklə Avropa siyasətinin zirvəsindən "süpürülüb atılacaqlar".

Göründüyü kimi, Almaniya sərt addımlar atmaqla Rusiyanı cəzalandırmağa çalışır. Lakin rəsmi Kreml diz çöküb, təslim olmaq fikrində deyil. Hədəyə əməli fəaliyyəti ilə cavab verməyə cəhdlər göstərir. Bu isə 3-cü dünya müharibəsinin baş verməsinin real olduğunu deməyə əsas verir. Ən azı ona görə ki, meydanda dünyanın ən təhlükəli irticaçı dövlətləri var. Digər tərəfdən artıq Almaniya cəmiyyəti yenidən nasistlərə təslim olmaqdadır. Yəni A.Hitlerin qurduğu sistem tədricən oyanır və güclənir. Məhz gücün qarşısında duruş gətirə bilməyən hazırkı hakimiyyət tədricən faşizmə təslim olur. Eyni ilə iyirminci əsrin əvvəllərində olduğu kimi. O dövrdə də faşizm ideologiyası tədricən formalaşıb və inkişaf etmişdir. 1921-ci il də nasistlərin sıralarında 350 minə adam təmsil olunurdu. Dəfələrlə yerli hakimiyyət faşist ideologiyasının təmsilçilərini sıradan çıxartmağa çalışsa da, istəklərinə nail ola bilməmişlər. Faşist hərəkatı siyasi partiyaya çevrildikdən sonra bir qədər də güclənmiş və mübarizliyinə görə daha amansız xarakter almışdır. A.Hitler 1933-cü ildə Üçüncü reyxin, 1934-cü ildə isə totalitar nasist diktaturasının reyx kansleri, və nəhayət rəhbəri seçilməsi ilə dünya fəlakət burulğanına sürükləndi. 1941-ci il iyulun 22-də SSRİ-yə hücum etdi. O günə qədər artıq faşistlər Polşaya daxil olmuş eyni zamanda bir neçə Avropa ölkəsini işğal etmişdilər. Bundan sonra İngiltərə, Fransa, Avstraliya, Yeni Zelandiya, Hindistan, Kanada Almaniyaya qarşı müharibəyə qoşuldular. ABŞ-da müharibəyə qoşulmaq məcburiyyətində qaldı və beləliklə müharibədə döyüşən dövlətlərin sayı 60-a yüksəldi.

İkinci Dünya müharibəsində dünya əhalisinin 85 faizi, yəni 1, 8 milyard insan iştirak etmişdir, onlardan 120 milyonun əlində silah bir-birini məhv etməyə çalışmışlar. Ən qanlı savaş Almaniya ilə SSRİ arasında baş verdi. A.Hitlerin "Barbarossa" strateji planına görə, üç həftə ərzində SSRİ məğlubiyyətə uğramalı idi. Bu məqsədlə faşist Almaniyası 6 milyona yaxın canlı qüvvə olmaqla 190 diviziya, 4300 tank, 47 min top və minaatan, 4980 döyüş təyyarəsi və 192 döyüş gəmisindən ibarət qüvvə ilə SSRİ-nin ilhaqı üçün hücuma keçdilər. Lakin uğursuzluğa düçar oldular. Qeyri-rusların fədakarlığı, qəhrəmanlığı nəticəsində faşizm məhv edildi, Almaniya təslim oldu. Hesab etmək olardı ki, bir daha faşizm dirçəlməyəcək, əbədi olaraq arxiv də qalacaq. Ancaq Almaniyada hazırkı siyasi proseslər və nasistlərin fəallığı onu deməyə əsas verir ki, dünya yeni təhlükə qarşısındadır. Faşistlər dirçəlir və dünyaya meydan oxumağa başlayırlar. Bu dəfə onlar özlərinə məxsus məkrli yolla niyyətlərini reallaşdırmağa çalışırlar. Yəni seçkilər vasitəsi ilə almanları, daha sonra Avropa ölkələrinin millətlərini təsirləri altına almağı hədəfləyiblər. Sentyabrın 6-da Saksoniya-Anhalt əyalətində keçirlən parlament seçkilərində nasistlərin daha çox təmsil olunduqları "Almaniya üçün Alternativlər"in (ADN) partiyasının böyük üstünlüklə F.Mertzin partiyasına qalib gəlməsi artıq Avropa üçün faciəli yolun əsası qoyulduğunu deməyə əsas verir. "Almaniya üçün Alternativlər"in (ADN) lideri Alis Vaydel hədə mesajı səsləndirib. Eyni zamanda qeyd edib ki, bu, "tarixi bir nəticədir... XDİ-nin artıq illik seçkilərdə qalib gəlməməsinin əvəzini ödəyəcəyəm".

Məlumatlara görə, "AdN" səslərin 43,8%-ni və əyalət parlamentindəki 83 yerdən 39-nu alacaq.

Nasistlər iddia edirlər ki, Fridrix Mertsdən olan Xristian Demokratların 2002-ci ildən bəri ölkənin qayda-qanununu davamlı olaraq pozduqları üçün ağır zərbə alması idi. Və bu, həm də kanslerin özünə birbaşa zərbədir ki, bu da sürəti ikiqat artırmağı vəd edir. "AdN"-i dəstəkləyir. İndi sizin partiyanız Saksoniya-Anhalt Landhausunun mandatlarının yarısını xərcləmək gücünə malikdir və daxili partiya böhranı ilə üzləşmək riski daşıyır. Alman analitikləri və siyasi mediası kanslerin dəyişdirilməsinin vacibliyindən və bu uğursuzluğa görə onun siyasi məsuliyyətindən açıq şəkildə danışırlar.

Qeyd edək ki, Almaniyada parlament seçkiləri 2029-cu ildə keçiriləcək. İndidən nasistlər böyük nəticələr əldə edirlər. "AdN" təsis edilməsinin taleyinin çox hissəsini təşkil edən etiraz qüvvəsindən real hakimiyyətə iddia edəcək bir partiyaya çevrilib.

Qeyd etmək lazımdır ki, nasistlərin partiyası hesab olunan "AdN" ən yüksək göstəricisi 2024-cü ildə Türingiyadakı seçkilərdə 32,8% olub. Saksoniya-Anhaltda partiya nəticəsini ikiqat artıraraq 2021-ci il seçkilərinə bərabər olub: o zaman AdN 20,8% səs almışdı, lakin indi 43,8% səs toplayır. "AdN"-in aparıcı namizədi Ulrix Ziqmund bəyan edib ki, ki, ifrat sağçı "bu ölkədə tarix yaradıb". "Bizə siyasi dönüş lazımdır. "Nəticə özü üçün danışır", - deyə qalib siyasətçi bildirib.

XDİ üçün bu seçkilər acınacaqlı bir uğursuzluq oldu. Baş nazir Sven Şulzenin partiyası səslərin yalnız 17,2%-ni aldı - 2021-ci ildə Xristian Demokratlar 37,1% səs topladılar.

Alman mediasının məlumatlarına əsasən, Merz özü də "AdN" mütləq çoxluq qazanmış kimi, xalqa qarşı təcili televiziya vəhşiliyinin potensialını panik içində seyr edib. Fəlakət ssenarisinin qalan hissəsi gerçəkləşmədiyi üçün kansler ictimaiyyət qarşısında çıxışından imtina edib.

Bütün bunlar onu deməyə əsas verir ki, Avropa, ümumilikdə dünya yeni təhlükə qarşısındadır. Bu təhlükənin qarşısını isə birlikdə və qəti qərarların qəbul edilməsi və addımların atılması ilə almaq olar. Əks halda 3-cü dünya müharibəsinin başlanması qaçılmazdır. Müharibədən sonra dünyanın və insanlığın nəfəs ala biləcəyi isə suallar doğurur.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə