“Methane AI” aləti metan emissiyalarının aşkarlanması və azaldılmasına dəstək verir” -ƏFQAN İSAYEV

“Methane AI” aləti metan emissiyalarının aşkarlanması və azaldılmasına dəstək verir” -ƏFQAN İSAYEV

Neft və Qaz Metan Tərəfdaşlığı 2.0-nın üzvləri BCG X ilə birlikdə metan emissiyalarını aşkar etməyə davam etməyimizə kömək edən “Methane AI” alətini hazırlayıblar.
Biz bu proqramı, monitorinq və metan emissiyalarının azaldılması istiqamətində fəaliyyətimizi davam etdiririk və bundan sonra da edəcəyik.
SİA xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Bakı İqlim Həftəsi 2026 (BCAW 2026)” çərçivəsində keçirilən Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: aşkarlamadan fəaliyyətə panel müzakirəsində deyib.

Belə bir təşəbbüsə başlamağı düşünənlər üçün çox vacib bir məqamı qeyd etmək istəyirəm: rəhbərinizi və ya rəhbərlərinizi bu işə cəlb etməyə inandırmaq daha asandır. İdarə heyəti üzvlərini bunun üçün büdcə ayırmağa razı salmaq da daha asandır. Çünki siz onlara əməliyyatları optimallaşdırmağa və daha çox gəlir əldə etməyə kömək edirsiniz.

Məhz buna görə bu məsələ vacibdir. Vaxtınızı çox almaq istəmirəm. Bu tədbiri təşkil edən komandalara və BCG-yə, eləcə də metan emissiyalarının azaldılması istiqamətində həyata keçirdiyimiz çox uğurlu proqrama görə minnətdarlığımı bildirirəm.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə