ABŞ-dan yeni SANKSİYALAR - növbə italyanlara çatdı...

ABŞ-dan yeni SANKSİYALAR - növbə italyanlara çatdı...

ABŞ İtaliyanın "Autistici/Inventati" (A/I Collective) qrupuna və ultra solçu terrorizmin transmilli şəbəkələri ilə əlaqəli digər təşkilatlara qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc olunan bəyanatda deyilir. Qurumun iddiasına görə, "Autistici/Inventati" ABŞ, Avropa və dünyanın digər regionlarında sol-radikal şəbəkələr üçün rəqəmsal infrastruktur yaradır və ona xidmət göstərir.

"Qrup şifrələnmiş çatlar və elektron poçt, veb-hostinq, qorunan videokonfranslar və yayımlar, eləcə də anonimliyi təmin etmək üçün alətlər də daxil olmaqla geniş spektrli rəqəmsal xidmətlər təqdim edir. Bu xidmətlərdən təşkilatlanma, cəlbetmə, kommunikasiya, təbliğatın yayılması, hədəflər və taktika haqqında məlumat mübadiləsi, həmçinin zorakı hücumların hazırlanması üçün istifadə olunur", - Dövlət Departamentinin bəyanatından məlum olur.

Qurumun məlumatına görə, qrup öz platformasında təxminən 16 min poçt qutusu, 1,5 min veb-sayt, 5,5 min göndəriş və 10 min bloq yerləşdirdiyini bildirir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə