Naxçıvan: sabitlik, inkişaf və tərəqqi məkanı

Naxçıvan: sabitlik, inkişaf və tərəqqi məkanı

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində təqdim edilən layihələr muxtar respublikanın gələcək inkişafının təqdimatı oldu. Muxtar respublikanın kompleks inkişafı, idarəetmədə keyfiyyətcə yenimərhələyə keçid və bölgənin strateji rolununartırılması baxımından növbəti mühüm addım olanbu səfər Ümummilli Lider Heydər Əliyevin Naxçıvanla bağlı xüsusi xəttinin məntiqi davamıdır. Dövlətimizin başçısı İlham Əliyev Naxçıvanın sosial-iqtisadi yüksəlişini və ölkənin ümumi inkişaf sisteminə tam inteqrasiyasını hər zaman diqqət mərkəzində saxlayır. Prezident İlhamƏliyev Naxçıvan Muxtar Respublikasına 17 dəfə səfər edib. Bu səfərlər çərçivəsində çoxsaylı sosial, iqtisadi və infrastruktur obyektlərinin açılışında iştirak edib, bölgənin inkişafı ilə bağlı mühümtapşırıqlar verib. Cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində muxtar respublikayasəfərinin təfərrüatlarını, yekunlarını və nəticələrini qiymətləndirərkən bildirdi ki, əslində, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra dalazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.

Dövlətimizin başçısı bu mühüm məqamı daxüsusi qeyd etdi ki, bu illər ərzində ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Buistiqamətdə də böyük işlər görüldü və bu günbayrağın təqdimetmə mərasimində bir dahaNaxçıvanın hərbi gücü özünü göstərdi. Bu daAzərbaycan Silahlı Qüvvələrində son vaxtlarmüşahidə olunan mənzərədir: “Bildiyiniz kimi, Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Orduyaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. AncaqNaxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtarrespublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir.Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyimkimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə sözsahibidir. O cümlədən Naxçıvanda hərbi potensialgündən-günə gücləndirilir və gücləndiriləcək”.

Muxtar respublikada iş yerlərinin yaradılması ilə bağlı görülən və görüləcək işlər də xüsusi diqqətdə oldu. Belə ki, səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak etdilər. Bu sənaye parkı Azərbaycan Prezidentinin 2024-cü ildə imzaladığı Fərmanla yaradılıb. Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulur. Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən busənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır.

Ölkəmizdə hazırda 8 sənaye parkı (Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, QaradağSənaye Parkı, Pirallahı Sənaye Parkı, AğdamSənaye Parkı, Hacıqabul Sənaye Parkı, “ArazVadisi İqtisadi Zonası” Sənaye Parkı, Balaxanı Sənaye Parkı) fəaliyyət göstərir. Bundan başqa, Gəncə şəhərinin və Şəmkir rayonunun inzibatiərazilərində yaradılacaq Qərb Sənaye Parkında infrastrukturun qurulması üçün texniki şərtlərin alınması prosesi aparılır. Bu sənaye parklarında ümumilikdə 184 rezident qeydiyyata alınıb ki, onların da 101-i artıq fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən 7,1 milyard manatdan çoxinvestisiya cəlb edilib, 11 min 500-dən çox iş yeriyaradılıb. Cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirdi ki, Azərbaycanda göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir: “Dediyim kimi, təməl daşı qoyuldu və əminəm ki, tezliklə buSənaye Parkında artıq praktiki işlər başlanacaqdır. Eyni zamanda, bu Parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyası inşaediləcək. Onu bildirməliyəm ki, bu günNaxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5 dəfə artıracaq. Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixracməsələləridir”.

Naxçıvanda aparılan işlərin əsas məqsədi bölgənin sosial-iqtisadi potensialını daha dagücləndirmək, müasir infrastrukturformalaşdırmaq və Naxçıvanı Azərbaycanın ümumi iqtisadi inkişaf proseslərinə daha sıx inteqrasiya etməkdir. Cənab İlham Əliyev Naxçıvanın gələcəkdə nəqliyyat imkanları ilə bağlı çağırışlarını da səsləndirdi. Dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizindən keçəcək yük həcminin Naxçıvanda iqtisadi canlanmanı sürətləndirəcəyini bildirdi. Söhbət 15 milyon ton və daha çox yükdən gedir. Bu isə yeni iş yerlərinin yaradılması, iqtisadifəallığın yüksəlməsi və Naxçıvanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilməsi üçüngeniş imkanlar yaradır. Zəngəzur dəhlizi Naxçıvanın coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirmək üçün imkan yaradır. Naxçıvan Azərbaycanın əsas hissəsi ilə birbaşa nəqliyyat bağlantısına malik olmaqla yanaşı, Şərq-Qərb istiqamətində beynəlxalq yükdaşımaların mühümmarşrutlarından birinə çevrilə bilər.

Muxtar respublikada kompleks tədbirlərin həyata keçirilməsi hərtərəfli inkişafı şərtləndirən əsas amillərdəndir. Dövlətimizin başçısı İlhamƏliyevin səfərdən sonra imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam da özündə mühüm məqamları əks etdirir. Məqsəd Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunanenerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etməkdir.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə