ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv olan bir sıra ölkələrin və İordaniyanın İrana qarşı Amerikanın hərbi hücumlarında iştirak etdiyini bəyan edib. Bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkəsində yazıb. "Əgər Amerikanın bu iddiası yalandırsa, o zaman bu ölkələr onu rəsmi şəkildə təkzib etməyə borcludur", - Bəqai bildirib.
O qeyd edib ki, bu şəraitdə İranın həmin ölkələrin ərazilərində yerləşən Amerika hərbi bazalarına və obyektlərinə zərbə endirmək hüququ yaranır: "Bu ölkələrin Amerika hücumlarına kömək məqsədilə öz ərazilərini plasdarm kimi təqdim etməsi BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən onları bu işdə şərik edir, eyni zamanda mehriban qonşuluq prinsipinin və BMT Nizamnaməsinin 2-ci maddəsinin (4-cü bəndinin) kobud şəkildə pozulmasıdır".
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB