“Azərbaycan-ABŞ münasibətləri gələcəkdə də qarşılıqlı hörmət əsasında inkişaf edəcək” - DEPUTAT DANIŞDI

“Azərbaycan-ABŞ münasibətləri gələcəkdə də qarşılıqlı hörmət əsasında inkişaf edəcək” - DEPUTAT DANIŞDI

”Möhtərəm Cənab Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü münasibətilə ünvanladığı təbrik məktubu Azərbaycan-ABŞ münasibətlərinə verilən yüksək dəyərin qarşılıqlı əməkdaşlığın ifadəsidir”.
Bu sözləri SİA-ya açıqlamasında milli məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib.

Onun sözlərinə görə, məktubda qeyd olunduğu kimi, Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi ölkələrimiz arasında formalaşmış etibarlı tərəfdaşlığın mühüm göstəricisidir:

“Azərbaycan müstəqil, prinsipial və milli maraqlara söykənən xarici siyasəti ilə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Məhz Möhtərəm Cənab Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti sayəsində ölkəmiz ABŞ da daxil olmaqla dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirməkdədir.

Günümüzdə ölkəmiz enerji təhlükəsizliyinin təmin edilməsində, regional sabitliyin qorunmasında, nəqliyyat-logistika dəhlizlərinin inkişafında və qlobal çağırışların həllində mühüm rol oynayan etibarlı tərəfdaşdır.

ABŞ ilə münasibətlərin iqtisadi, enerji, təhlükəsizlik və digər istiqamətlər üzrə daha da genişlənməsi hər iki ölkənin maraqlarına xidmət etməklə yanaşı, həm də regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verməkdədir.

Dövlət başçımız cənab İlham Əliyevin qətiyyətli liderliyi və milli maraqlara əsaslanan strateji siyasəti sayəsində Azərbaycan-ABŞ münasibətləri bundan sonra da qarşılıqlı hörmət, etimad və tərəfdaşlıq prinsipləri əsasında daha da inkişaf edəcək”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə