3 iyulda Moldovanın Baş naziri Aleksandru Muntyanu gözlənilmədən istefa verdiyini açıqlayıb. Bu barədə o özünün sosial media hesabında məlumat paylaşıb. Muntyanun bildirib ki, Baş nazir olmaq təklifini böyük məsuliyyətlə və müsbət dəyişikliklərə töhfə verə biləcəyimə dair qəti əminliklə qəbul etdim. Artıq prinsiplərimə və əqidəmə uyğun olaraq rolumu yerinə yetirə bilməyəcəyimi anladığım anda istefa vermək qərarına gəldim.
O, hökumət komandasına əməkdaşlığına görə təşəkkür edib və vəzifəsindən və yaşayış yerindən asılı olmayaraq "ölkəmə xidmət etməyə" davam edəcəyini söyləyib.
Muntyanunun istefası ilə bağlı müxtəlif fərziyyələr irəli sürülür. Yerli KİV-in iddiasına görə, onun istefasının əsas səbəbi son günlərdə Moldovada baş verən korrupsiya qalmaqalları ilə əlaqədardır. Xüsusilə, mövcud hökumət tərəfindən bu vəzifəyə təyin edilmiş mülki aviasiya təhlükəsizliyi agentliyi MOLDATSA rəhbərinin saxta ali təhsil diplomu və pilot lisenziyası olduğu bildirilir.
İlham
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB