ABŞ Prezidenti Donald Tramp bu dəfə xanımı ilə bağlı filmdən yaxşı qazanc əldə edib. Məlum olub ki, Ağ Ev rəhbəri "Melaniya" sənədli filmi üçün lisenziya ödənişi olaraq 10,7 milyon dollar əldə edib. "Variety" nəşrinin yazdığına görə, bu məbləğ onun 2025-ci il üzrə maliyyə bəyannaməsində qeyd olunub.
Nəşrin yaydığı məlumata əsasən, "Amazon MGM Studios" filmin hüquqlarını 40 milyon dollara satın alıb və onun tanıdılmasına (reklamına) daha 35 milyon dollar xərcləyib. Ekran işi dünya prokatında cəmi 16,6 milyon dollar toplaya bilib və bundan sonra "Prime Video" striminq platformasında yayımlanıb. Bəyannamədə həmçinin göstərilib ki, Tramp birinci xanımın memuarlarının lisenziyalaşdırılmasından daha 521 min dollar gəlir əldə edib. Melaniya Tramp ilə bağlı NFT və digər rəqəmsal kolleksiya əşyaları isə ona təxminən 6 milyon dollar qazandırıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB