"Ən yaxşı cavabı Suriya xalqı verəcək" - Türkiyədən sərt BƏYANAT

"Ən yaxşı cavabı Suriya xalqı verəcək" - Türkiyədən sərt BƏYANAT

"Suriyanın paytaxtı Dəməşqin Hicaz rayonunda baş verən və insan tələfatına səbəb olan hücumu qətiyyətlə pisləyirik." SİA-nın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir. "Suriyada davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində əldə olunan irəliləyişi pozmaq məqsədi daşıyan bu cür cəhdlərə və ictimai asayişi sarsıtmağa yönəlmiş dairələrə ən yaxşı cavabın Suriya xalqı tərəfindən veriləcəyinə inanırıq", – bəyanatda bildirilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə