Şavkat Mirziyoyevə "Qızıl yun" ordeni verildi

Şavkat Mirziyoyevə "Qızıl yun" ordeni verildi

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ölkənin dövlət mükafatı olan "Qızıl yun" ordenini təqdim edib. Gürcüstan Prezident Administrasiyası bu barədə açıqlama yayıb.

Bildirilib ki, Kavelaşvili Özbəkistan Prezidentinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də tanınmama siyasətinə verdiyi güclü dəstəyə görə təşəkkür edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə