"Qayğı və Himayə" Xeyriyyə Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il kiçik qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi aldığı "Qəhrəman analarının gələcək nəsillərə Zəfər ismarıcları" layihəsi uğurla həyata keçirilir.
İki ay müddətində həyata keçirilən kreativ layihənin növbəti tədbiri iyunun 28-də "SƏS" İnformasiya Agentliyinin Konfrans zalında təşkil olundu. Şəhid və qazi anaları, yaradıcı insanlar, Fondun əməkdaşları və ictimai xadimlərin iştirak etdiyi məclisi Fondun rəhbəri Gülayə Rzayeva açıdı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi.
Layihə rəhbəri bildirib ki, çağdaş dövrdə gənclər fərqliliyə – modernliyə üstünlük verir. Layihə estetik-kreativ yanaşmaları özündə birləşdirərək, Qarabağ müharibəsində igidlik göstərib şəhidlik zirvəsinə ucalmış qəhrəmanların analarının Zəfər ismarıclarını İnternet onlayn/oflayn TV verilişlər formasında indiki və gələcəkdəki nəsillərin nümayəndələrinə çatdırmağı nəzərdə tutur. TV formatlı, estetik cəhətdən vizual dastanlar şəklində hazırlanacaq bu məhsullar İnternet resurslarında, sayt və portallarda, sosial şəbəkələrdə yerləşdirilməklə, yayımlamaqla süni intellekt proqramları, eləcə də gələcək elektron – virtual arxivlər üçün maraqlı, ilkin, sənədli, faktiki mənbə rolunu oynayacaq. Fəaliyyətlər zamanı şəhid ailələrinin evləri ziyarət olunacaq, igidlərimizin analarının iştirakı ilə qəhrəmanların döyüş yoldaşları, dostları, qohumları, ailə üzvlərinin xatirələrindəki qəhrəmanların müqəddəs obrazları tele-estetik formalarda əbədiləşdirilir.
Gülayə Rzayeva daha sonra əlavə edib ki, Zəfər tarixi həm də şəhidlərimizin, qazilərimizin Vətənə çevrilmiş, Qarabağı Azərbaycanlaşdırmış, müqəddəs döyüş yolunun tarixçəsi kimi gənc nəsillərin vətənpərvərlik duyğuları ilə formalaşmasına xüsusi təkan verib. İllər, qərinələr, əsrlər ötəcək və bu qəhrəmanlıq dastanları hələ çox nəsillərə Azərbaycansevərliyi təbliğ edəcək, Vətənə məhəbbət, xalqına dəyər, insanlara sayğı hisslərini gücləndirilib. Şəhid anaları cəmiyyətə daha nümunəvi formada inteqrasiya olunacaqlar, gənc nəsillərin formalaşmasına təsir göstərəcəklər. Qəhrəman analarının gələcək nəsillərə Zəfər ismarıclarını İnternet onlayn/oflayn TV verilişlər formasında yeni nəsil nümayəndələrinə çatdırılıb. TV veriliş formatlı, estetik cəhətdən vizual dastanlar şəklində hazırlanacaq bu məhsullar İnternet resurslarında, sayt və portallarda, sosial şəbəkələrdə yerləşdiriləcək, qəhrəmanlıq təbliğatına xidmət edəcək. Yayımlanan vizual məhsullar süni intellekt proqramları, eləcə də gələcək elektron – virtual arxivlər üçün maraqlı, ilkin, sənədli, faktiki mənbə rolunu oynayıb. Yeni media, portal və saytlarda bu mövzulara yer ayırmaqla həssas ailələr dəstəklənib. Sosial şəbəkələrdə mövzu ilə bağlı resurs ardıcıl zənginləşdirilir.
Təqdimat, eləcə də ziyarət, görüşlər, çəkilişlər zamanı münasibətlərin yaradılması, nəsillər arası şəbəkələşmə baş tutub. Eləcə də geniş ictimaiyyət üçün real və mobil tanıtım və təqdimat mərasimləri təşkil olunub. Zəfər, yeni nəsillərin vətənpərvərlik ruhunda formalaşması üçün yeni trendlər ortaya qoyulub.
Vizual məhsul – İnternet TV verilişlər və virtual kontent yaradan kreativ şəxslərin şəbəkələşməsi baş tutub ki, bu zaman yeni hibrid janrlarda interaktiv sənət nümunələri ortaya qoyulub. 8 şəhid anasının iştirakı ilə keçirilən bu tədbir, eləcə də silsilə İnternet TV veriliş formatında vizual məhsul yartmaqla gələcək nəsillərə ismarıclar ünvanlanır.
Şəhid anaları ilə gənclərin hybrid (video çəkilişli) görüşü zamanı YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov, eyni zamanda fondun məsul əməkdaşı, incəsənət pedaqoqu Könül Bayramova, yaradıcı şəxslərdən Səmayyə Şahnəzərova, Manaf İmanov, Gülüzar
İbrahimova, şəhid analarından Şükran Faiqqızı, Flora, Nəcəfova, Sevda Mustafayeva, Narizə Zeynalova və Lalə Quluyeva söz alaraq çıxış edib. Çıxışçılar layihənin aktuallığını vurğuladılar, xatirələrini, gənclərə ürək sözlərini ünvanlayıblar, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə fotoları çəkilib, İnternet Tv verilişlərinə ictimai baxış keçirilib.
Qismət İsmayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB