Prezident Administrasiyasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə görüş keçirilib
Prezident Administrasiyasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə görüş keçirilib.
SİA xəbər verir ki, bununla bağlı məlumat redaksiyamıza partiyanın mətbuat xidmətindən daxil olub.
Məlumatda qeyd edilir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iyunun 6-da partiyanın sədri Hafiz Hacıyevlə görüşüb.
Görüşdə regionda və dünyada müşahidə olunan tendensiyalar, ölkənin daxili siyasi həyatında baş verən dəyişikliklər, siyasi proseslərin demokratikləşməsi, sağlam münasibətlərin formalaşmasına xidmət edən dövlət təşəbbüsləri, siyasi dialoq nəticəsində əldə edilən nailiyyətlər və digər məsələlər müzakirə olunub.
Bildirilib ki, ölkədə sağlam əməkdaşlıq mühitinin mövcudluğu ali siyasi iradənin təcəssümüdür və bu istiqamətdə irəli sürülən təşəbbüslər siyasi partiyalar tərəfindən fəal şəkildə dəstəklənir. Həmçinin vurğulanıb ki, Azərbaycan ictimaiyyəti siyasi partiyaların sərbəst fəaliyyəti və inkişafı üçün son illərdə həyata keçirilən işlərin canlı şahididir.
Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra cəmiyyətdə formalaşan milli birliyin qorunmasında siyasi partiyaların fəallığı xüsusi qeyd olunub.
İnformasiya məkanında vaxtaşırı baş verən təxribatları və qərəzli yanaşmaları tənqid edən partiya sədri bu məsələdə hər zaman dövlətin yanında olduğunu bildirib. Məsuliyyətsiz demaqogiyanın yalnız qərəzli və məkrli niyyətlərin məhsulu olduğunu deyən H.Hacıyev rəhbərlik etdiyi partiyanın dövlətçilik ənənələrinin və milli birliyin qorunması uğrunda mübarizədə bütün resurslarını səfərbər etməyə hazır olduğunu vurğulayıb.
Prezident Administrasiyasının rəsmisi görüşün sonunda milli mənafelərin qorunması istiqamətində Müasir Müsavat Partiyasına uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB