Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Qurban Səidoviç Qurbanovun "Dostluq" ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

SİA -nın məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Qurban Səidoviç Qurbanov "Dostluq" ordeni ilə təltif edilsin".

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə