Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycanla karbohidrogen sektoru, neft, qaz, neft-kimya və "yaşıl enerji" layihələri üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair strateji anlaşma memorandumunu təsdiqləyib.
Bu barədə Əlcəzair mediası xəbər yayıb. Memorandum karbohidrogen fəaliyyəti ilə bağlı tənzimləyici və hüquqi siyasətləri, habelə quruda və dənizdə neft-qaz kəşfiyyatı və hasilatı layihələrini əhatə edən geniş əməkdaşlıq çərçivəsi müəyyən edir.
Sazişə əsasən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Sonatrach Raffineria Italiana" şirkətinə uzunmüddətli əsasda yüngül Azərbaycan xam nefti və digər neft növlərini tədarük edəcək ki, bu da tərəflər arasında kommersiya enerji mübadiləsini gücləndirəcək.
Tərəfdaşlıq həmçinin "yaşıl enerji" təşəbbüslərini, xüsusilə hidrogenin inkişafı, nəqliyyat və enerji infrastrukturunu və insan kapitalının hazırlanması sahəsində əməkdaşlığı da əhatə edir.
Memorandum ilkin olaraq beş il müddətinə qüvvədədir və tərəflərdən biri rəsmi şəkildə müqavilədən çıxmadığı halda, avtomatik olaraq yenilənəcək.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB