“Şəhərlərin gələcəyi əməkdaşlıq, fəaliyyət və innovasiya ilə formalaşacaq” - Jonathan Oriki Some

“Bu gün qarşınızda təkcə gənc kimi deyil, həm də Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyasının Məşvərət Qrupunun üzvü kimi çıxış edirəm. Bu prosesə töhfə vermək mənim üçün böyük şərəfdir”.

SİA xəbər verir ki, bu sözləri UN-Habitat Youth Advisory Board üzvü Jonathan Oriki Some WUF13-ün bağlanış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, forumun əsas dəyərləri əməkdaşlıq, konkret fəaliyyət və innovasiyadır: “Şəhərlərin gələcəyi ayrı-ayrı sahələrdə deyil, birgə yanaşma ilə formalaşmalıdır”.

Jonathan Oriki Some qeyd edib ki, mövcud şəhər problemləri mürəkkəb və bir-biri ilə əlaqəlidir və onların həlli üçün bütün maraqlı tərəflərin bir araya gəlməsi vacibdir.

O vurğulayıb ki, “Bakı Fəaliyyət Çağırışı” transformativ dəyişiklik üçün real mexanizmlər təqdim edir və yalnız ambisiyanın əməli addımlara çevrilməsi nəticə verə bilər.

Məşvərət Qrupu üzvü əlavə edib ki, sənəd geniş məsləhətləşmələr əsasında hazırlanıb və inklüziv proses nəticəsində formalaşıb.

Onun sözlərinə görə, mənzil böhranı tək bir aktor tərəfindən həll edilə bilməz və bu sahədə kollektiv məsuliyyət və əlaqələndirilmiş fəaliyyət zəruridir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə