"Xarici iştirakçılar Azərbaycanın qonaqpərvərliyini yaxından hiss edirlər" - ŞƏRH EDİLDİ
"Siyasi xadimlər, ekspertlər və Dünya Şəhərsalma Forumu çərçivəsində Bakıya gələn qonaqlar arasında, əlbəttə ki, əvvəllər də Azərbaycanda olmuş insanlar var. Amma əminliklə demək olar ki, ölkəmizə ilk dəfə səfər edən minlərlə iştirakçı da az deyil".
Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
_(2)_(1)_(1)_(1).jpg)
Siyasi şərhçi sözlərinə belə davam edib: "Həmin qonaqlar Azərbaycana gəlməzdən əvvəl ölkəmiz haqqında müəyyən araşdırmalar aparıb, müxtəlif mənbələrdən informasiya əldə ediblər. Şübhəsiz ki, onlar doğru və obyektiv məlumatlarla yanaşı, məqsədli şəkildə yayılan yanlış və qərəzli informasiyalarla da qarşılaşmış ola bilərlər. Məhz bu baxımdan onların Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır. Çünki reallığı görməyin ən doğru yolu onu yerində müşahidə etməkdir. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha təsirlidir.
Bu gün xarici qonaqlar Azərbaycana gəlir, Bakı başda olmaqla, ölkəmizin müxtəlif bölgələrini görür və Azərbaycanın əsl siması ilə yaxından tanış olurlar. Çünki müəyyən dairələr, xüsusilə bəzi Qərb platformalarında, Azərbaycanı geridə qalmış, qapalı və yanlış təsəvvür yaradacaq formada təqdim etməyə çalışırlar. Hətta ölkəmizi dini dözümsüzlükdə və fərqli millətlərə qarşı qeyri-tolerant münasibətdə ittiham edən yanaşmalar da mövcuddur.
Lakin Azərbaycana gələn insanlar tamamilə fərqli mənzərə ilə qarşılaşırlar. Onlar burada multikultural dəyərlərin qorunduğunu, müxtəlif dinlərin və millətlərin nümayəndələrinin birgə, təhlükəsiz və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını öz gözləri ilə görürlər. Eyni zamanda, ölkənin inkişafını, müasir şəhərsalma modelini, təhlükəsizlik və qonaqpərvərlik mühitini müşahidə edirlər.
Bu baxımdan beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi olduqca mühüm əhəmiyyət daşıyır. Çünki həmin tədbirlər vasitəsilə ölkəyə gələn insanlar geri qayıtdıqdan sonra öz təəssüratlarını bölüşür, gördükləri reallıqları başqalarına çatdırırlar. İnsanların şəxsi müşahidələri isə çox zaman istənilən təbliğatdan daha təsirli olur.
Üstəlik, hazırda rəqəmsal texnologiyalar dövrüdür. Hər kəsin əlində smartfon, kamera, sosial media platformaları və canlı yayım imkanları var. Azərbaycana gələn qonaqlar gördüklərini birbaşa dünyaya nümayiş etdirirlər. Bu isə ölkəmizin real obrazının formalaşmasına, qərəzli informasiyaların təsirinin azalmasına və Azərbaycanın beynəlxalq imicinin daha obyektiv şəkildə təqdim olunmasına mühüm töhfə verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB