“Qazaxıstan şəhərsalma siyasətində keyfiyyət meyarlarını gücləndirir” - Qazaxıstanın baş naziri
“Tarixi irslə müasir memarlığın və çağdaş dinamikanın vəhdət təşkil etdiyi bir şəhərdə belə mötəbər tədbirin keçirilməsi təsadüfi deyil”.
SİA xəbər verir ki, bu fikirləri Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Liderlər Sammitində çıxışı zamanı səsləndirib.
Baş nazir bildirib ki, hazırda Qazaxıstan əhalisinin 63 faizdən çoxu şəhərlərdə yaşayır. Onun sözlərinə görə, urbanizasiya və dayanıqlı şəhər inkişafı ölkənin dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Oljas Bektenov qeyd edib ki, bu məqsədlə Qazaxıstanda yeni Tikinti Məcəlləsi qəbul olunub: “Bu sənəddə memarlıq və şəhərsalma sahəsində keyfiyyət meyarları müəyyən edilib”.
Qazaxıstanın Baş naziri çıxışında Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB