Ermənistanda seçiciləri pulla ələ alan 5 nəfər saxlanılıb - MƏLUMAT

Ermənistanda seçki rüşvətinin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" Partiyası adından fəaliyyət göstərən daha beş nəfər həbs edilib. Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Qurumun məlumatına görə, əməliyyat-istintaq tədbirləri nəticəsində "Güclü Ermənistan" Partiyası adından çıxış edən bir qrup şəxsin 7 iyun 2026-cı ildə Ermənistanın Milli Assambleyasına keçiriləcək seçkilərdə həmin siyasi qüvvəyə səs vermək şərti ilə vətəndaşlara rüşvət, o cümlədən gizli formada pul təklif etməsi barədə məlumat əldə edilib.

Komitədən həmçinin bildirilib ki, iş iştirakçılarının ayrı-ayrı hərəkətləri seçki kampaniyası dövründə xeyriyyəçiliyə qoyulan qadağanın pozulması, eləcə də vətəndaşların mitinqlərdə iştirak etməsi üçün maliyyə yolları ilə həvəsləndirilməsi ilə bağlı olub. Bildirilib ki, cinayət icraatı çərçivəsində bir sıra axtarışlar aparılıb, bundan sonra isə beş nəfər həbs edilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə