Şuşa İndoneziyanın şəhərlərindən biri ilə qardaşlaşa bilər

Şuşa İndoneziyanın şəhərlərindən biri ilə qardaşlaşa bilər.

SİA-nın Qarabağ bürosu xəbər verir ki, bu fikir Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmini ilə görüşündə səsləndirilib.

Şuşada aparılan bərpa-quruculuq işləri, infrastrukturun yenilənməsi, əhalinin köçü barədə səfiri məlumatlandıran A.Kərimov bildirib ki, ölkənin mədəniyyət paytaxtının bərpa və yenidən qurulması layihələri Şuşanın özünəməxsus memarlıq ənənələrinə və xalqın milli dəyərlərinə söykənir.

B.Helmini isə öz növbəsində gələcəkdə İndoneziyanın şəhərlərindəın birinin Şuşa ilə qardaşlaşmasının iki ölkə arasında münasibətlərə layiqli töhfə verə biləcəyini vurğulayıb.

Görüşdə, eyni zamanda, iki ölkə və xalq arasında ikitərəfli münasibətlər, dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB