“Bu saziş vətəndaşların gündəlik həyatına birbaşa müsbət təsir göstərəcək” - Elçin Mirzəbəyli
“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında saziş mahiyyət etibarilə geniş iqtisadi və humanitar sahələri əhatə edən beynəlxalq sənəddir”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentdə çıxışı zamanı deyib.
Deputat bildirib ki, qanun layihəsi parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə olunaraq yekdilliklə dəstəklənib və qəbul edilib: “Sənəd hüquqi baxımdan vətəndaşların sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını və sadələşdirilmiş qaydada dəyişdirilməsini nəzərdə tutur”.
Elçin Mirzəbəyli vurğulayıb ki, Azərbaycan ilə Belarus arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir: “Bu əməkdaşlıq siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində konkret layihələr üzərində qurulub”.
Deputat qeyd edib ki, bu saziş hər iki ölkənin vətəndaşlarının hərəkət imkanlarını genişləndirir və bürokratik maneələrin aradan qaldırılmasına xidmət edir.
O əlavə edib ki, sürücülük vəsiqələrinin qarşılıqlı tanınması dövlətlər arasında qarşılıqlı etimadın göstəricisidir və nəqliyyat-logistika sahəsində əməkdaşlığa müsbət təsir göstərəcək.
Sonda deputat bildirib ki, sənədin qəbul edilməsi həm dövlətlərarası əməkdaşlığın inkişafına, həm də vətəndaşların maraqlarının təmin olunmasına xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB