“Bu gün artıq çox sayda şəhər və kəndlərimizdə həyat qaynayır” - ŞƏRH EDİLDİ

“Hələ torpaqlarımız işğal altında olarkən Prezident İlham Əliyevin tapşırığı əsasında “Böyük Qayıdış” adlı bir proqram hazırlanmışdı. Bu proqramda torpaqların işğaldan azad olunmasından sonra ilk görüləcək işlər, sonrakı mərhələlər, vəziyyətin öyrənilməsi və situasiyaya uyğun olaraq yenidənqurma işlərinin aparılması, insanların geri qayıtması, eyni zamanda işlə təmin olunması kimi məsələlərin hamısı nəzərdə tutulmuşdu və dövlət strukturları bu istiqamətdə hazırlıq işləri görürdü”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra ərazilər minalardan təmizlənməyə başladı:

“İlk qayıdış Zəngilanın Ağalı kəndinə oldu və həm Azərbaycan, həm də dünya ölkəmizin gördüyü işlərin yüksək səviyyəsini müşahidə etdi. Sonradan isə mərhələ-mərhələ şəhər və kəndlərə geri qayıdış başladı.

Bu gün artıq çox sayda şəhər və kəndlərimizdə həyat qaynayır. Təxminən 80 minə yaxın insan həmin ərazilərdə ya daimi yaşayır, ya da çalışır. Kəndlərdə və şəhərlərdə artıq sosial həyat formalaşır, müxtəlif qurumlar fəaliyyət göstərir.

İnsanlar yüksək səviyyədə təmir olunmuş, rahat və müasir məzillərlə təmin edilirlər. Sosial obyektlər istifadəyə verilir. Xəstəxanalar, məktəblər və digər sosial xidmət sahələri fəaliyyət göstərir. Banklar öz filiallarını açır, ticarət və xidmət sahələri inkişaf edir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə