“Türkdilli dövlətlərin birliyi regional təhlükəsizlik üçün mühüm amildir” - Vüqar Poladov
“Bu gün keçirilən tədbir dövlət siyasətinin və cənab Prezident İlham Əliyev tərəfindən bu sahədə müəyyən edilən strateji xəttin davamı olaraq, türkdilli dövlətlər arasında inteqrasiyanın, birliyin və qarşılıqlı münasibətlərin daha da gücləndirilməsinə xidmət edir”.
Bu fikirləri SİA-ya açıqlamasında şirkətlər qrupunun rəhbəri Vüqar Poladov deyib.
Vüqar Poladov qeyd edib ki, müasir dünyada türkdilli dövlətlərin birliyi və bir-birinə dayaq olması olduqca önəmlidir: “Çətin dövrlərdə vahid mövqedən çıxış etmək, ortaq fikir və birlik əsasında məsələlərə münasibət bildirmək ümumi mövcudluq və təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır”.
O bildirib ki, hazırda Yaxın Şərqdə ciddi münaqişələrin mövcudluğu fonunda türkdilli dövlətlərin vahid mövqedə olması xüsusi əhəmiyyət kəsb edir: “Bu həm Azərbaycanın sərhədlərinin qorunmasına, həm də digər türkdilli dövlətlərin bu münaqişələrdən kənarda qalmasına mühüm töhfə verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB