XIII Qlobal Bakı Forumunun ikinci günü - FOTOLAR

XIII Qlobal Bakı Forumunun ikinci günü çərçivəsində “Çin və Qlobal İdarəetmə Təşəbbüsü” mövzusunda panel iclası keçirilir.

SİA xəbər verir ki, Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniçin moderatorluğu ilə keçirilən panel iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, Çinin Avropa məsələləri üzrə sabiq xüsusi nümayəndəsi Vu Honqbo, İtaliyanın sabiq Baş naziri Romano Prodi, Sloveniyanın sabiq prezidenti Borut Pahor, Özbəkistan Prezidentinin yanında Təhlükəsizlik Şurası katibinin birinci müavini Eldor Aripov və iqtisadçı və çinşünas Josef Mondl çıxış edibdir.

Panel müzakirələrində qlobal təhlükəsizlik, güc balansı, beynəlxalq hüquqa hörmət, yeni çağırışlar və çoxtərəfli əməkdaşlığın gələcəyi kimi məsələlər müzakirə olunur. Sessiyalarda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev və digər beynəlxalq səviyyəli siyasi xadimlər iştirak edirlər.

Forum çərçivəsində həmçinin BMT sisteminin gələcəyi, qlobal əməkdaşlığın yeni formatları və beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərə dair fikir mübadiləsi aparılır.
XIII Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qlobal problemlərin müzakirəsi baxımından mühüm platforma kimi qiymətləndirilir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə