Romada Xocalı həftəsi davam edir

Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İtaliya-Azərbaycan Birliyinin təşkilatçılığı ilə İtaliyada maarifləndirici tədbirlər davam etdirilir.

Dövlət Komitəsindən SİA-ya bildirilib ki, Xocalı soyqırımı haqqında məlumatların İtaliya ictimaiyyətə daha geniş şəkildə çatdırılması, yerli əhalinin, eləcə də turistlərin diqqətinin bu faciəyə cəlb olunması məqsədilə İtaliyanın paytaxtı Romada məlumatlandırma kampaniyası keçirilir.

Kampaniya çərçivəsində insan axınının intensiv olduğu əsas ictimai məkanlarda – metro stansiyalarındakı və avtobus dayanacaqlarındakı monitorlarda 7 gün müddətində Xocalı soyqırımı ilə bağlı videoçarxlar, həmçinin məlumat lövhələri nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə