Azərbaycan xalqı Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Bakıda ucaldılmış "Ana harayı" abidəsini ziyarət edir.
SİA xəbər verir ki, ictimaiyyət nümayəndələri, sıravi vətəndaşlar abidənin önünə gül dəstələri düzür, faciə qurbanlarının ruhuna dualar oxuyurlar.
Xatırladaq ki, Xocalı soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini yerlə bir edib. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1 275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB