"Azərbaycan dilinin inkişafı dövlət siyasətinin prioritet istiqamətidir" - Sahibə Qafarova
"Dilimizin inkişafına böyük diqqət yetirilir. Prezident İlham Əliyev AMEA-da çıxışında dövlət dilinin qorunması və təbliğinin strateji əhəmiyyət daşıdığını xüsusi vurğulamışdır".
SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin spikeri Sahibə Qafarova dil siyasətinə dair çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan dilinin zənginliyi, tarixi irsi və müasir dövrdə kommunikasiya vasitəsi kimi rolu dövlət səviyyəsində daim diqqət mərkəzində saxlanılır: "Bu istiqamətdə həyata keçirilən siyasət həm dilimizin qorunmasına, həm də qloballaşma şəraitində daha geniş istifadə imkanlarının yaranmasına xidmət edir. Milli Məclis Azərbaycan dilinin inkişafı ilə bağlı mühüm qanunvericilik təşəbbüsləri həyata keçirib, dilin saflığının qorunması, ədəbi norma və terminoloji bazanın təkmilləşdirilməsi istiqamətində bir sıra layihələrə dəstək verilib. Eyni zamanda, media, təhsil və elmi-tədqiqat mühitində Azərbaycan dilinin daha səmərəli tətbiqi üçün hüquqi mexanizmlər gücləndirilib.
Spiker vurğulayıb ki, gələcək nəsillərin ana dilini mükəmməl mənimsəməsi, onun zənginliklərini yaşatması və inkişaf etdirməsi üçün dövlət tərəfindən ardıcıl addımlar atılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər həm milli kimliyimizin qorunmasına, həm də Azərbaycan dilinin beynəlxalq səviyyədə təbliğinə töhfə verir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB