Bu gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Avrasiyanın strateji nizamının müəyyən edilməsi: Orta Dəhliz sabitlik, sülh, təhlükəsizlik və bağlantılılıq üçün Avropa təhlükəsizlik gündəliyi kimi” mövzusunda panel müzakirəsində iştirak edərək çıxış edib.
SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, çıxışı zamanı Ceyhun Bayramov Cənubi Qafqazda davamlı sülhün təmin olunması ilə bağlı Azərbaycanın vizyonunu təqdim edib. O, bölgədə sülh və sabitliyə nail olmaq üçün Ermənistan üçün tranzit məhdudiyyətlərinin aradan qaldırılmasının, nəqliyyat əlaqələrinin bərpasının və etimad quruculuğu tədbirlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Həmçinin bildirilib ki, Orta Dəhlizin daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı investisiyalar və regional tərəfdaşlarla birgə səylər diqqətə çatdırılıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB