“Yeni Azərbaycan Partiyasının gəncləri siyasi düşüncə varisliyini davam etdirəcək” - DEPUTAT
“Bu gün dünyada mövcud olan iki əsas sistem, xüsusilə Amerikanın qarşısında dayanan alternativ yanaşmalar fərqli rəhbərlik modelləri və şəxsi nüfuz üzərindən formalaşan sistemlər vasitəsilə idarə olunur. Bu kontekstdə önə çıxan məhz Azərbaycandır, Azərbaycan Prezidentinin fəaliyyəti ön plana çıxır. Gələcəyə baxış da məhz bu perspektivdən aparılmalıdır".
SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu YAP Nərimanov rayon təşkilatının yaranmasının 33-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.
Deputat bildirib ki, Yeni Azərbaycan Partiyasında cəmləşən yetkin siyasi şüur ölkənin gələcək inkişafına xidmət edir: “Siyasi şüurun primitiv, orta və ali mərhələləri var. Bu gün Azərbaycan cəmiyyətində mövcud olan aktiv siyasi şüurun beyin mərkəzi Yeni Azərbaycan Partiyası və onun Gənclər Birliyidir. Əziz gənclər, siz Yeni Azərbaycan Partiyasının düşüncə varisliyini gələcəyə daşıyacaq nəsilsiniz".
Hikmət Babaoğlu vurğulayıb ki, partiya gəncləri həm milli gücümüzü səfərbər etməli, həm də Yeni Azərbaycan Partiyasının dəyərlərini ilhamverici prinsiplər kimi mənimsəməlidirlər: “Azərbaycan Prezidentinin çıxışlarını ardıcıllıqla izləyən hər bir gənc öz daxili nizamnaməsini yarada bilər. Yazılı sənədlər bəzən oxunur, bəzən oxunmur, amma daxili dərk həmişə yaşayır. Bu dövlət sevilirsə, Prezidentin baxışından və nitqinin dərin məzmunundan mübarizəmizin mahiyyətini anlaya bilərik".
Deputat çıxışını partiya gənclərinə müraciətlə yekunlaşdırıb: “Bu izahı dərk edəcək keyfiyyətli gənclik sizsiniz və siz Yeni Azərbaycan Partiyasının gələcəyini formalaşdıracaqsınız".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB