Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə SİA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ziyarətdə ölkəmizin azadlığı uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları önünə tər güllər düzülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə