"Hansısa ilin konkret mövzuya həsr olunması sadəcə ənənə və ya formal bir yanaşma deyil, əksinə, həmin istiqamətdə inkişafın sürətləndirilməsinə xidmət edir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
.jpg)
Siyasi şərhçi sözlərinə belə davam edib: "Azərbaycanda şəhərsalma və memarlıq sahəsində qarşıda çox mühüm və genişmiqyaslı işlər dayanır. Xüsusilə də işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələri həyata keçirilir. Burada həmçinin Azərbaycanın tarixi memarlıq abidələrinin bərpası davam edir.
Azər Həsrət bildirir ki, 2026-cı ildə bu istiqamətdə daha böyük irəliləyişlərin şahidi olacağıq. Son beş il ərzində işğaldan azad edilmiş ərazilərdə əsas infrastruktur layihələri artıq böyük ölçüdə tamamlanıb. Üç beynəlxalq hava limanı tikilib, magistral yollar və dəmir yolu xətləri çəkilib, su, qaz, elektrik və rabitə kimi əsas infrastruktur məsələləri əsasən həllini tapıb. İndi isə əsas diqqət şəhərsalma və memarlıq məsələlərinin tamamlanmasına yönəlib.
Şuşada bu sahədə görülən işlər xüsusi vurğulanır. Tarixi abidələr və binalar bərpa olunaraq yenidən istifadəyə verilib. Prezident İlham Əliyevin 2026-cı ili bu sahəyə həsr etməsi həmin ilin “sürətli quruculuq ili” kimi tarixə düşəcəyinə işarədir. Bu proses əsasən azad olunmuş ərazilərdə özünü göstərsə də, ölkənin digər bölgələrində də paralel şəkildə bu istiqamətdə işlər görüləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB