Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir

Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir.

SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Aşqabad Beynəlxalq Hava Limanında Əli Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, o, Türkmənistanın bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə