“Pensiyaların 94 faizi artıq avtomatik qaydada təyin olunur” - Anar Əliyev

“Əmək, məşğulluq və sosial müdafiə sahəsində nazirliyin təqdim etdiyi 149 xidmətdən 90 faizdən çoxu elektronlaşdırılıb, onlardan 50-dən çoxu proaktivdir. Yaşa görə pensiya təyinatlarının isə artıq 94 faizi avtomatik qaydada həyata keçirilir”. SİA xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Türk Dövlətləri Təşkilatının nazirlərinin birinci iclasında çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, “DOST” mərkəzlərində vətəndaşlara vahid platforma üzərindən 160 sosial xidmət təqdim olunur və bu xidmətlər üzrə vətəndaş məmnunluğu 98,4 faiz təşkil edir.

O həmçinin qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində yeni sənaye zonaları və aqroparklar yaradılır, investisiya təşviqi genişləndirilir və məşğulluq imkanları artırılır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə