"Ağdamın azad olunması tarixi qələbədir" - ŞƏRH

"20 noyabr Ağdam şəhərinin azad olunmasının ildönümü kimi qeyd edilməsi Azərbaycanın müstəqillik və torpaq bütövlüyü uğrunda apardığı mübarizənin simvolik tarixidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Ağdam təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycan tarixinin strateji və mədəni mərkəzlərindən biri olub: "İşğal dövründə şəhərin dağıdılması Azərbaycanın tarixi irsinə qarşı yönəlmiş böyük bir zərbə idi.

Azadlıqdan sonra bərpa prosesi həm dövlətin qətiyyətini, həm də xalqın iradəsini göstərir. Ağdamın coğrafi mövqeyi regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Bu şəhərin yenidən qurulması Azərbaycanın regionda sabitlik və inkişaf siyasətinin təzahürüdür.

Ağdam həmçinin mədəniyyət və idman sahəsində böyük potensiala malikdir. Burada yaradılacaq yeni infrastrukturlar bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək. Azad edilmiş torpaqlarda həyata keçirilən layihələr dövlətin milli prioritetlərinə uyğun olaraq planlaşdırılır. Ağdamın bərpası eyni zamanda vətənpərvərlik ruhunun güclənməsinə xidmət edir.

Regionda turizm imkanlarının açılması Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərəcək. Şəhərin tarixi-mədəni abidələrinin qorunması gələcək nəsillərə irs kimi ötürüləcək. Ağdamın azad olunması dövlətin hərbi və diplomatik uğurunun simvoludur.

Nəhayət, bu günün qeyd olunması xalqın birlik və milli dirçəliş ruhunun təcəssümüdür".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə