Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İtaliya-Azərbaycan Birliyinin təşkilatçılığı ilə Romanın metro stansiyalarında, eləcə də avtobus dayanacaqlarındakı monitorlarda 8 Noyabr – Zəfər Günü münasibətilə genişmiqyaslı məlumatlandırma kampaniyası keçirilir.
SİA-nın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, kampaniya çərçivəsində Romadakı metro stansiyalarında və avtobus dayanacaqlarında yerləşən monitorlarda 44 günlük Vətən müharibəsindən və Azərbaycanın tarixi Zəfərindən bəhs edən videoçarx nümayiş olunur.
Videoçarxda “Bu şanlı Zəfər tariximizin ən parlaq səhifələrindən biridir, xalqımızın iradəsi və qətiyyəti sayəsində qazanılmış böyük nailiyyətdir. Bu Zəfər hər bir azərbaycanlının qəlbində yaşayır, millətimizin gücünün və qürurunun simvolu kimi əbədi yaşayacaq. Birlikdə qalib gəldik, biz birlikdə güclüyük. Birlikdə bu şanlı tarixi yazdıq. 8 Noyabr - Zəfər Günümüz mübarək!” - fikirləri səsləndirilir.
Qeyd edək ki, videoçarxın yayımı noyabrın 9-na qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB