“Müəllimlərin verdiyi təlim və tövsiyələr gənclərin formalaşmasında əsas rol oynayır” - Muxtar Nağıyev

“İnsanları müəllimlər tərbiyə edir, onların tövsiyələri insanları formalaşdırır. Müəllimlər bizə bilik, dünyagörüşü və nümunəvi dəyərlər qazandırır. Hər birimizin qəlbində müəllimlərin zəhməti və təsiri əvəzsizdir. Müəllimlər bizə vətəni sevməyi, xalqına sədaqətlə xidmət etməyi öyrədir və onların verdiyi təlimlər gənclərin həyatında böyük rol oynayır”. SİA xəbər verir ki, bu sözləri YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev “5 oktyabr – Müəllimlər Günü” münasibətilə keçirilən tədbirdə deyib.

Muxtar Nağıyev müəllimlərin verdiyi bilik və tövsiyələrin gələcək nəsillərin yetişdirilməsindəki əhəmiyyətini xüsusi vurğulayıb və onların əməyinə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə