“Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində BMT Baş Assambleyasında iştirakı böyük maraq doğurur və bu səfər çərçivəsində dövlət başçısı bir sıra mühüm görüşlər keçirib. Burada dövlət və hökumət rəhbərləri ilə yanaşı, həm də iş dünyasının nüfuzlu nümayəndələri ilə təmaslar qurulmuşdur. Görüşlərin əsas qayəsi ölkəmizə sərmayə cəlb etmək, layihələr icra etməkdən ibarətdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, BMT-nin transformasiyasına böyük ehtiyac var: “Cənab Prezidentin bu istiqamətdəki mövqeyi uzun müddətdir ki, bəyan olunub və BMT Təhlükəsizlik Şurasının transformasiyası mühüm aktuallıq kəsb edir. Qoşulmama Hərəkatı, İslam Dünyası Türk Dövlətləri Təşkilatları kimi dövlətlər qrupunu və coğrafiyasını əhatə edən dövlətlər Təhlükəsizlik Şurasında təmsil olunmalıdırlar. Təəssüflər olsun ki, hazırki nizam, həm də beynəlxalq münaqişələrin həllində yetərsizdir, heç bir effekti yoxdur. Bu baxımdan BMT-nin islahatları haqqında ilk çıxış edən liderlərdən biri elə biri Prezident İlham Əliyevdir.
BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə Azərbaycan öz hərbi-siyasi gücü və qüvvəti hesabına, xalqın iradəsi nəticəsində yerinə yetirib. Lakin digər münaqişələrə baxdıqda görürük ki, BMT-nin rolu aşağıda səviyyədədir və yaxud ümumiyyətlə yoxdur. Bu baxımdan 80 illik yubileylə bağlı olaraq islahatların olması haqqında bir çox liderlər çıxış etdi. Xüsusilə Azərbaycan və Türkiyə liderlərinin çıxışı diqqət mərkəzindədir. Bu cür ümumi səylərlə daha ədalətli dünyada gələcəyimizi formalaşdıra bilərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə