David Seliverstov: "Həqiqətin səssizliyi, ədalətin hayqırtısı ilə qırılar” - MÜNASİBƏT BİLDİRİLDİ

Diplomatiyaya və İnsanlığa Açıq Hücum

"Bu hadisə təkcə iki diplomatın faciəli ölümü deyil — bu, beynəlxalq hüquqa, diplomatik toxunulmazlığa və sülh içində birgəyaşayış prinsipinə yönəlmiş açıq hücumdur". Bunu SİA-ya açıqlamasında “Magen David Azərbaycan” İnsan Hüquqları Müdafiə Mərkəzinin baş direktoru və Ümumİsrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri, hüquq müdafiəçisi Daved Seliverstov deyib.

Onun sözlərinə görə, Yaron Lişinski və Sara Milqrim dövlətlərinə sədaqətlə xidmət edən, sülh və əməkdaşlıq dəyərlərini yaşadan peşəkar insanlar idilər: "Onların həyatı vəhşicəsinə qəsd nəticəsində yarımçıq qaldı. Bu, sadəcə bir cinayət deyil — insanlığa qarşı törədilmiş nifrət aktıdır.

İsrailin diplomatik nümayəndəliklərində bayraqların yarıya endirilməsi onların xatirəsinə olan dərin ehtiramın, beynəlxalq həmrəyliyin və terrora qarşı ortaq mövqenin simvoludur. Bu, bütün dünya üçün mesajdır: biz nifrətə, antisemitizmə və radikalizmə qarşı bir yerdə dayanmalıyıq.

Cinayəti törətməkdə şübhəli bilinən Elias Rodrigesin saxlanılması hüquqi prosesin başlanğıcıdır. Hüquq müdafiəçiləri olaraq tələb edirik: bu cinayət tam şəffaflıqla araşdırılmalı, beynəlxalq hüququn tələblərinə uyğun olaraq ədalət bərpa olunmalıdır.

Yaron və Sara – siz yalnız İsrailin deyil, bütün dünyanın sülh, diplomatiya və insanlıq uğrunda çalışanlarının simvollarına çevrildiniz. Ruhunuz daim yaşasın".

Bütün xəbərlər Facebook səhifəmizdə