İstanbulda daha bir bələdiyyə sədri şübhəli qismində ifadə verəcək

İstanbulun Beyoğlu Bələdiyyəsinin başçısı İnan Güney şəhər Baş Prokurorluğu tərəfindən ifadə verməyə çağırılıb. SİA xəbər verir ki, prokurorluq tərəfindən ona qarşı Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul Qurultayı seçkilərində saxtakarlıq edilməsi və “Siyasi partiyalar haqqında” Qanunun pozulması iddiası ilə istintaq başlanıb. Güney bu araşdırma ilə bağlı şübhəli qismində ifadə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə