Azərbaycan-Qvineya əməkdaşlığı müzakirə edilib - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qvineyanın xarici işlər, beynəlxalq əməkdaşlıq, afrikalıların inteqrasiyası və xaricdəki qvineyalılar üzrə naziri Morissanda Kuyate ilə görüşüb. SİA xəbər verir ki, görüş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

Bildirilib ki, görüş çərçivəsində iqtisadiyyat, ticarət, təhsil sahələrində əməkdaşlıq potensialı, həmçinin BMT, İƏT, Qoşulmama Hərəkatı da daxil olmaqla beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsi müzakirə olunub.

On the sidelines of the #MSC2025, Minister of Foreign Affairs of the Republic of #Azerbaijan

@Bayramov_Jeyhun

had a meeting with Morissanda Kouyaté, Minister of Foreign Affairs, International Cooperation, African Integration and Guineans Abroad of the Republic of Guinea.

Potential of cooperation in the fields of economy, trade, education, as well as continuing interaction within the international platforms, including the UN, the OIC, Non-Aligned Movement were discussed.

Bütün xəbərlər Facebook səhifəmizdə