Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) hərbi qulluqçular arasında voleybol birinciliyi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, birinciliyin açılış və bağlanış mərasimlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər qalib komandaları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, hərbi qulluqçuların fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında bu cür idman yarışlarının əhəmiyyətini xüsusi vurğulayıblar.
Bildirilib ki, HHQ-nin müxtəlif hərbi hissələrini təmsil edən komandalar birincilikdə inamla mübarizə aparıblar.
Maraqlı keçən yarışlar nəticəsində qalib komandalar mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə