Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Vətən müharibəsində qazanılan Zəfərin dördüncü ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
SİA xəbər verir ki, Kurtulmuşun sosial şəbəkələrdəki paylaşımında deyilir: “Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümündə Azərbaycanı Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 44 günlük müharibədə şəhid olanların xatirəsini ehtiramla yad edir, Qarabağın azadlığı uğrunda qəhrəmancasına mübarizədə iştirak etmiş qazilərə öz ehtiramımı bildirirəm. Qarabağ Zəfərimiz mübarək, qardaşlığımız əbədi olsun!”.
Bütün xəbərlər Facebook səhifəmizdə